
İspaniya dünya üzrə ən təmiz çimərlikləri olan ölkə seçilib. Bu, Ekoloji Təhsil Fondunun hər il çimərlik mövsümü ərəfəsində dünyanın ayrı-ayrı ölkələrində apardığı araşdırma zamanı üzə çıxıb. Fondun məlumatına görə, dəniz suyunun təmizliyinə, həmçinin çimərliklərinin yüksək ekoloji durumuna, təqdim etdiyi xidmətlərin təhlükəsizliyinə görə İspaniya ənənəvi «Mavi bayraq» mükafatının sahibi olub. İspaniyanın 577 çimərliyi sözügedən kriteriyalara cavab verib. Növbəti yerləri Türkiyə (436 çimərlik), Yunanıstan (395 çimərlik) və Fransa (379 çimərlik) tutur.
Gültəkin