
Danimarka Kralığının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Ruben Madsen bu gün «Azadlıq» qəzetinin redaksiyasında olub. Səfir gəlişinin səbəbi ilə bağlı bildirib ki, «Azadlıq» qəzetinin kollektivi ilə görüşüb, onlara mənəvi dəstək verməyi vacib hesab edib. «Azadlıq» qəzetinin Azərbaycanın ictimai-siyasi həyatında oynadığı roldan çox yaxşı xəbərdar olduğunu qeyd edən cənab Madsen vurğulayıb ki, Azərbaycanın inkişafı üçün ölkəmizdə söz azadlığının təmin olunması mühüm amildir.

«Azadlıq»ın baş redaktorunun birinci müavini Rahim Hacıyev səfirə qəzetə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. R.Hacıyev görüşdə «Azadlıq» qəzetinin, ümumiyyətlə isə müstəqil mətbuatın çox böyük çətinliklərlə qarşılaşması haqqında səfirə ətraflı məlumat verdi.
Xəyal