Bakılılar binalara vurulan üzlükləri sökməyə başladı VİDEO

Bu gün baş verən dəhşətli yanğından sonra gözləri qorxmuş Bakı sakinləri evlərinin astarına vurulmu üzlükləri sökməyə başlayıblar. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
Onlar həyəcan içərisindədirlər. Yanğının nədən baş verdiyini dəqiq bilmirlər. Amma yayılan xəbərlərdən öyrəniblər ki, hər şey bu tezalışan üzlüklərlə bağlıdır. Bu səbəbdən də özləri fərdi qaydada həmin üzlüklərlə üzülüşmək istəyirlər. Ən azı özlərini və yaxınlarını hər an üzləşə biləcəkləri təhlükədən qorumaq üçün.