
Öz növbəsində, Article 19 hüquq müdafiə təşkilatı Azərbaycanda vətəndaş cəmiyyətinin ölkənin ictimai-siyasi həyatında iştirak etmək imkanı olmadığı qeyd edilən bu məruzəni alqışlayır.
“Məruzə vətəndaş cəmiyyətinin təqibinə son qoyulması məqsədilə Azərbaycan hökumətinə təzyiq göstərilməsində mühüm addımdır. Tamamilə aydındır ki, Azərbaycan açıq idarəetməyə yardım və islahatların aparılması üzrə öhdəliklərini yerinə yetirmir”, deyə Article 19-un icraçı direktoru Tomas Hyuz bildirib.
Qeyd edək ki, adı çəkilən məruzə Article 19, Sivikus və Publish What You Pay-in 2 mart 2015-ci il tarixli müraciətindən sonra hazırlanıb. (contact.az)