Ramadi qan gölünə döndü: 500 nəfər öldü

Bir neçə gün əvvəl İraqın İŞİD tərəfindən ələ keçirilən Ramadi şəhərində 500-dən çox insan həyatını itirib. Ölənlər arasında həm İraq əsgərləri, həm də dinc sakinlər var. Rəsmilərin verdiyi məlumata görə, hazırda şəhərin küçələrində xeyli sayda sahibsiz cəsəd var. Mayın 17-də ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələri Ramadinin İŞİD-çilər olan mövqelərini bombardman etmiş, nəticədə silahlı qruplaşmanın üzvləri tutduqları hökumət binalarını tərk etmək məcburiyyətində qalmışdı. Lakin İŞİD dirəniş göstərərək Ənbar vilayətinin mərkəzi olan Ramadidən çıxmamaqda israr edir.
 
Gültəkin