Goldman Sachs neft proqnozlarını aşağı saldı. Goldman Sachs-ın yaydığı hesabatda 2017 və 2018-ci il üçün Brent neftin qiymət proqnozu 70 dollardan 65 dollara endirilib. 2019-cu il üçün Brent xam neftin qiyməti proqnozunu 70 dolardan 60 dollara endirən Goldman Sachs, 2020-ci il üçün proqnozunu da 70 dollardan 55 dollara salıb.