Avropa Çempionlar Liqasında “Qarabağ”ın 8 potensial rəqibi bəlli oldu

2015-2016 mövsümündə Azərbaycanı futbol üzrə Avropa Çempionlar Liqasında "Qarabağ" klubu təmsil edəcək.

Qarabağ mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Komanda püşk zamanı "Seltik" (Şotlandiya), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç), HİK (Finladniya), "Molde" (Norveç), "Videoton" (Macarıstan) və həmçinin Kipr və Danimarka çempionları ilə birgə səpələnmişlər səbətində yer alacaq.

Bu o deməkdir ki, Azərbaycan çempionu II təsnifat mərhələsində nisbətən zəif komandalarla qarşılaşacaq.

"Qarabağ"ın 8 potensial rəqibi artıq bəllidir. Komandanın digər rəqibləri isə hələlik müəyyənləşməyib.Birinci təsnifat mərhələsindəki 4 cütdən 3-ü "Qarabağ"la qarşılaşa bilər.

Lakin Uels çempionu TNS-nin II təsnifat mərhələsində hansı səbətdə yer alacağı məlum olmadığından, onun növbəti mərhələdə "Qarabağ"a rəqib olub-olmayacağı sual altındadır.
 
"Qarabağ"ın 8 potensial rəqibləri bunlardır: "Dila" (Gürcüstan), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta).
 
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 14-15-də, cavab görüşləri isə iyulun 21-22-dəkeçiriləcək.