
"Biz dəfələrlə kütləvi məhkəmə proseslərinin və hökmlərin əleyhinə çıxış etmişik, çünki bu addımlar Misirin beynəlxalq öhdəlikləri və qanunun aliliyi ilə ziddiyyət təşkil edir" – deyə Dövlət Departamentinin bugünkü bəyanatında deyilir.
Ölüm hökmü dünən Qahirə məhkəməsində çıxarılıb.
Misirin ali dini rəsmisi olan baş müftisi iyunun 2-də hökmlə bağlı son qərarı verməlidir.
Sabiq prezident həmçinin casusluq ittihamları ilə üzləşir.
Mursinin vəkili ölüm hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib. (amerikaninsesi.org)