Bundestaqa haker hücumu olub

Bu barədə Bundestaq nümayəndəsi bildirib
 
Almaniya Bundestaqı naməlum hakerlərin hücumuna məruz qalıb. 
 
ANS PRESS-in məlumatına görə, Bundestaq nümayəndəsi Ernst Hebker daxili internet şəbəkəsinə hücumun olmasını bildirib. Bu barədə ICTnews xəbər yayıb. 
 
Hebker hazırda hücumun nəticələrinin aradan qaldırılması və hücumun edilməsi ilə bağlı məlumatların toplanılması üzrə işlərin görüldüyünü deyib.
 
Mütəxəssislər hücum nəticəsində ciddi ziyanın dəyməsini qeyd edirlər. Hadisə ilə bağlı araşdırmaları Federal İnformasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları aparırlar.