“Elvin döyülərkən paltarları cırıq-cırıq olub”
“Kurdəxanı cəza evinə getmişdim. Elvinin azuqəsini verdim, kirli paltarlarini aldim. Zəng eləmişdi, yenə kamerası dəyişdrilib, sən demə, bu ikinci dəfə “kars”a düşməyi imiş”. Bu sözləri “Facebook” səhifəsində şərlənərək həbs edilən AXCP fəalı Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva yazıb. Zülfiyyə xanım daha sonra əlavə edib ki, bundan əvvəl Elvin Abdullayev 1 günlük “kars”a salınıb, amma AXCP fəalı anası narahat olmasın deyə bunu ondan gizlədib. ”Döyülərkən paltarları cırıq-cırıq olub, ələ gəlmir şalvar- köynəyi. Qanınıza bələnəsiniz. Bir də o “zampolit”in qanunsuz hərəkətlərinə, özbaşınalığına görə kimə şikayət edək? Uşağın şəklini sinəmizə asıb Amerikanın səfirliyi önünə çıxaq, Ombudsmana, ya da generala bildirək ki, ölçü götürsün öz işçilərinin özbaşınalığı ilə bağlı? Ya nefti alım əlimə Preizident Aparatına gedim ki, canımızdan bezdirməyin bizi? Sən bilərəkdən əqidəndən dön deyə zülm vermək özbaşınalıqdır! İŞİD bəlkə bunu edər. Elvinə Azadlqq!”,- deyə Zülfiyyə Abdullayeva bildirib.