Rusiya Krıma qoşun yeridir

Kreml: "Bu, NATO-nun Şərqi Avropada genişlənmək planına cavabdır"
Rusiya NATO-nun Şərqi Avropada genişlənmək planına cavab olaraq, Krımda hərbi iştirakını artırmaq qərarına gəlib.
 
ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın NATO-dakı elçisi Aleksandr Qruşko bildirib.
 
O deyib ki, Moskva NATO-nun Polşa və Baltik ölkələrində hərbi iştirakının artdığını müşahidə edir və bu yolverilməzdir: "Biz ABŞ-ı Avropada yerləşdirdiyi nüvə silahlarını çıxarmağa çağırırıq. Çünki, bu, Avropanın təhlükəsizliyinə və sabitliyinə böyük tövfə verəcək."
 
Xatırladaq ki, Baltik ölkələri ərazilərində NATO-nun daimi iştirakına razılıq verib.