Mayın 15-də İran Liqasında 2014/2015 mövsümünə yekun vurulub. 57 xalla turnir cədvəlinə başçılıq edən Təbrizin «Traktor Sazi» klubu öz meydanında eyni xala malik «Naft Tehran»ı qəbul edir. «Traktor Sazi» klubu 3-1 öndə olsa da «Naft Tehran» hesabı bərabərləşdirməyə nail oldu. Oyuna «Traktor Sazi»nin oyunçusunun 67-ci dəqiqədə qırmızı kart alması da təsir göstərdi. Elə bundan sonra da meydanda etirazlar qızışıb, polislə tamaşaçılar arasında ciddi qarşıdurma baş verib. Onlarla yaralı var. Hazırda meydan polislər tərəfindən əhatəyə alınsa da, Təbriz sakinləri polislərin ərazidən uzaqlaşmasını tələb edir. Artıq «Traktor Sazi» komandasının kapitanı istefa verdyini açıqlayıb.
azadliq.info