Rusiyadan 1500 könüllü gəlir

Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunlarında 1500 rusiyalı könüllü işləyəcək. “Rusiyadan olan könüllülərın sayı yalnız Azərbaycandan geri qalır. Biz bu könüllüləri “1500 məşəl daşıyıcısı” adlandırırıq”, – deyə Təşkilat Komitəsinin təmsilçisi Gülnaz Quliyeva Rusiyanın TASS agentliyinə bildirib.
 
Ümumilikdə,  1-ci Avropa Oyunlarında 12 500 könüllü işləyəcək. Azərbaycanlılar və rusiyalılarla yanaşı Britaniya, İtaliya, Gürcüstan vənəndaşları da könüllülər sırasına qoşulublar.
 
“Məşəl daşıyıcıları ilk Avropa oyunlarının  təşkilində əsas rol oynayacaqlar. Biz Bakıda keçirilən 1-ci Avropa Oyunlarına verdikləri dəstəyə və  öz vaxtlarını sərf etdiklərinə görə, onlara minnətdarıq”, – deyə G.Quliyeva bildirib.