Müsavatda aclıq aksiyası davam edir FOTO

Siyasi məhbuslara azadlıq tələbilə Müsavat partiyasının keçirdiyi aclıq aksiyası davam edir. Aksiya mayın 12-də başlayıb və müddətsiz elan olunub.

Müsavat başqanının müavini Elman Fəttah musavat.com-a deyib ki, hazırda aksiyada 4 nəfər iştirak edir, amma say bu gündən etibarən daha da artacaq: “Siyasi məhbuslara azadlıq!” tələbi ilə keçirilən aclıq aksiyasına qoşulmaqla bağlı ölkənin regionlarından çoxsaylı müraciətlər daxil olur. Biz də müraciətləri nəzərə alaraq, 16 may 2014-cü il tarixdə “Siyasi məhbuslara azadlıq!” tələbi ilə keçirilən aclıq aksiyasına Bakı, Sumqayıt şəhərlərində və respublikanın bir çox regionlarında bir günlük dəstək aksiyasının keçirilməsini məqsədəuyğun saydıq".

Hazırda Müsavatın qərargahında keçirilən aclıq aksiyasında partiyanın Məclis üzvü Şakir Abbasov, Binəqədi rayon təşkilatının sədri Rauf Ağa, Nizami rayon təşkilatının üzvü Əli Həsənov və Xəzər rayon təşkilatının sədri Niyaz Nəsirli iştirak edirlər.