Bu gün İran Liqasında 2014/2015 mövsümünə yekun vuruld. Son turda ölkə çempionunun kimliyinə aydınlıq gəldi. 57 xalla turnir cədvəlinə başçılıq edən Təbrizin «Traktor Sazi» klubu öz meydanında eyni xala malik «Naft Tehran»ı qəbul edir. «Traktor Sazi» klubu 3-1 öndə olsa da «Naft Tehran» hesabı bərabərləşdirməyə nail oldu. Oyuna «Traktor Sazi»nin oyunçusunun 67-ci dəqiqədə qırmızı kart alması da təsir göstərdi. Beləliklə ölkə çempionu adını son turda 2-0 qalib gələn Sephan qazandı