Ağ Ev üzərində təhlükə

Bu gün Ağ Ev üzərində – prezident rezidensiyasının 30 metr yüksəkliyində naməlum cihazın uçduğu müşahidə edilib. Cihaz dərhal ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən ələ keçirilib. Məxfi Xidmətin sözçüsü Brayn Leari bildirib ki, cihaz iPad böyüklüyündə olub və onu kənardan idarə edən şəxs polis tərəfindən saxlanılıb. Hazırda məlum qurğu təhlükəsizlik orqanları tərəfindən yoxlanılır. Hadisənin baş verdiyi vaxt Ağ Evə giriş-çıxış bir saat ərzində qapalı olub. O saatlarda Ağ Evdə olmayan prezident Barak Obama Vaşinqton yaxınlığında Körfəz dövlətlərinin liderləri ilə görüş keçirirmiş.
 
Gültəkin