Mayın 13-də Filippində ayaqqabı fabrikində yanğında 45 nəfər ölüb, 26 nəfər itkin düşüb. Mayın 14-də xilasedicilər ikimərtəbəli binada axtarışları davam etdirir.
18 meyit tanınmaz hala düşüb, yanğın departamentini rəsmisi belə deyib.
Yerli rəsmi itkin düşən fəhlələrin çoxunun qaça bildiyinə ümidvar olduğunu deyib.
Yaxınları itkin düşmüş bir sakinin sözlərinə görə, ikinci mərtəbədə pəncərələr dəmir şəbəkələrlə bərkidilib və “hətta pişik belə ordan qaça bilməzdi”.
İki mərtəbəli fabrik Kentex Manufacturing Inc şirkətinə məxsus olub.
Yanğın qaynaq aparatından qığılcımların kimyəvi maddələrlə dolu konteyner üzərinə düşməsi nəticəsində baş verib. (azadliq.org)


