Toyota 5 milyon avtomobilini geri çağırdı

Toyota, hava yastığındakı qüsur səbəbindən 5 milyon avtomobilini geri çağırdı. Toyota-nın sözçüsü, qüsurun sürüşə təsir etmədiyini, hava yastıqlarının qəza anında açılmaması ehtimalının olduğunu deyib.
 
Şirkət geriçağırma əməliyyatının ölüm və yaralanmalar ilə nəticələnən qəzalar ilə əlaqəsi olmadığını bildirib.
 
Toyota-lardakı qüsur, 2003-cü ilin Mart ay ilə 2007-ci ilin Noyabr ayları arasında istehsal olunan cəmi 35 modeli əhatə edir. Bunlar arasında Corolla və Yaris modelləri də var.
 
NİSSAN DA GERİ ÇAĞIRIR
 
Yaponiyanın digər iri avtomobil istehsalçısı olan Nissan da 1,56 milyon avtomobilini geri çağırır.
 
Mövzu ilə bağlı açıqlama verən Nissan-ın sözçüsü, "Bu geri çağırma Avropa, Yaponiya və Şimali Amerika bazarlarımıza təsir edəcək" deyə bildirib. Nissan tərəfindən, hava yastıqlarında qüsur olaraq, onun vaxtsız və şiddətli olaraq partlaması göstərilib. Nissan modellərindən isə 2004-cü il ilə 2008-ci il arasında istehsal edilən avtomobillər geri çağırılıb. Nissan da qüsur ilə bağlı olaraq ölümlə nəticələnən qəzanın olmadığını iddia edib.
 
"TAKATANIN HAVA YASTIQLARI PARTLAYIR"
 
Yaponiyanın hava yastığı istehsalçısı Takata, ABŞ və Malaziyada ölümlə nəticələnən 5 ayrı qəza səbəbilə günahlandırılırdı. Xətalı istehsal olunan hava yastıqlarının partlayaraq metal şrapnellər saçdığı irəli sürülür.
 
Ötən illərdə aralarında Honda və General Motors-un da olduğu bir çox avtomobil istehsalçısı hava yastığı probleminə görə təxminən 20 milyon avtomobili geri çağırmışdı.