ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov Soçidəki görüşdən dərhal sonra birgə mətbuat konfransı keçiriblər. Kerri Suriyadan kimyəvi silahların çıxarılması üçün Rusiya ilə əməkdaşlıq etdiklərini, lakin hələ də ölkədə günahsız insanların təhlükə altında olduğunu bildirib: «ABŞ hesab edir ki, siyasi dönüş nöqtəsi və çözüm anına qədər Suriyada sülh olmayacaq. Bu, suriyalılar və xarici qüvvələr tərəfindən dəstəklənən bir çözüm olmalıdır. Bu görüşdə ABŞ və Rusiyanın yaxın günlərdə birgə nələr edə biləcəyini müzakirə etdik. Suriyadakı vəziyyət getdikcə idarəolunmaz hala gəlir və bölgə üçün təhlükə yaradır. Sülhü təmin etmək, Suriyadakı bütün azlıqları qoruyan bir hökuməti formalaşdırmaq üçün səylərimizi ikiqat artıracağıq».
Gültəkin