
Vəkil məhkəmənin qərarını qanunsuz adlandırıb. Mirqədirov özü məhkəmədə çıxış edərkən təqsirsiz olduğunu bildirib və bəraət tələb edib.
F.Ağayev Mirqədirovun səhhətində problemlər olduğunu qeyd edib.
Xatırladaq ki, Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən deportasiya edildikdən dərhal sonra Bakıda saxlanılıb. Ona qarşı Ermənistanın xeyrinə casusluq şəklində dövlətə xəyanət ittihamı irəli sürülüb.