Pikassonun əsəri rekord qiymətə satıldı

İspan rəssam Pablo Pikassonun "Les Femmes d'Alger" (Əlcəzairli Qadınlar) adlı tablosu Nyu-Yorkda 179 milyon 365 min dollara satılıb.
 
Christies Hərrac Evinin Nyu-Yorkdakı mərkəzində hərraca çıxarılan "Əlcəzairli Qadınlar" tablosu, bir tablo hərracında bu günə qədər satılan ən bahalı əsər adını alıb.
 
Kub tərzdə 1955-ci ildə yağlı boya ilə çəkilmiş tablo,incəsənətin şah əsərlərindən biri kimi qəbul edilir.
 
Koleksiyonerler Victor və Sally Ganz-dan 1997-ci ildə 31 milyon 900 min dollara alınan tablonun yeni sahibinin adı açıqlanmayıb.
 
Daha əvvəl bir hərracda ən yüksək qiymətə satılan əsər, 2013-cü ildə 142 milyon dollara alıcı tapan Francis Bacon-un "Three Studies of Lucian Freyd" adlı üç hissəli tablosu olmuşdu.
 
ƏN BAHALI HEYKƏL OLDU
 
Dünən gecəki hərracda İsveçrəli heykəltəraş Alberto Giacomettinin "Pointing Man" adlı bürünc heykəli 141,3 milyon dollara alıcı tapıb və bu günə qədər satılan ən bahalı heykəl olub.
 
Giacomettinin, Londonda 2010-cu ildə keçirilən hərracda "Yeriyən Adam" adlı heykəli 104 milyon dollara satılmışdı.
 
REKORD HƏRRACDA DEYİL, XÜSUSİ SATIŞDA QEYDƏ ALINIB
 
Dünyada ən yüksək qiymətə satılan incəsənət əsəri isə Fransız rəssam Paul Gauguin-ə aiddir. Gauguinin 1892-ci ildə çəkdiyi "Nə Vaxt Evlənəcəksən"? adlı tablosu, fevral ayında keçirilən xüsusi satışda 300 milyon dollara alıcı tapmışdı.