Nepalda yenidən güclü zəlzələ olub. «Reuters»in xəbərinə görə, Rixter cədvəli ilə 7.4 bal gücündə, 18.5 km. dərinlikdə olan yeraltı təkan əsasən paytaxt Katmanduda hiss olunub. Aprelin 25-də Nepalda baş vermiş zəlzələ 7.8 bal gücündə idi. Təbii fəlakət nəticəsində 7700 insanın öldüyü, 500-ə yaxın insanın itkin düşdüyü, 650 min insanın evini itirdiyi bildirilir. Zəlzələdə 502 min ev tamamən dağılıb, ümumilikdə 1 milyon 100 min insan bu fəlakətdən zərər çəkib.
Gültəkin