Məlumata görə, körpü üzərindən “Shacman” markalı yük maşını keçdikdən sonra uçub. Hazırda nəqliyyat vasitələri alternativ Lənkəran-Boradigah, Boladi-Zövlə yollardan istifadə edirlər.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki uçan körpü 50 il bundan əvvəl istifadəyə verilib.