Goranboy rayonu, Dəliməmmədli şəhərində restoran yanıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Goranboy rayon sakininə məxsus ümumi sahəsi 324 kv.m olan birmərtəbəli restoranın 1 otağının lambirdən ibarət tavanı 100 kv.m sahədə yanaraq sıradan çıxıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


