Bəzi ixtisaslar üzrə keçid balları artırıldı

TQDK Təhsil Nazirliyinin təklifini nəzərə aldı 
 
Azərbaycanda bəzi ixtisaslar üzrə keçid balları artırılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklif nəzərə alınaraq 2015/2016-cı tədris ilində I ixtisas qrupu üzrə aşağıdakı ixtisaslarda keçid balları aşağıdakı şəkildə dəyişdirilib.
 
• Geologiya-300 bal;
 
• Kompyuter elmləri-300 bal;
 
• Elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi-250 bal;
 
• İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-250 bal;
 
• İnşaat mühəndisliyi-250 bal;
 
• Nəqliyyat tikintisi mühəndisliyi-250 bal.