AXCP sədri Əli Kərimli iqtidar-müxalifət dialoqu kimi təqdim olunan görüşə dəvət olunub. Görüş mayın 15-də keçiriləcək.
AXCP-dən aldığımız məlumata görə, Prezident Administrasiyasından zəng edərək partiya liderini həmin tədbirə dəvət ediblər.
AXCP-dən bildiriblər ki, partiyanın tədbirdə iştirak edib-etməyəcəyinə rəhbərlikdə aparılacaq müzakirədən sonra qərar veriləcək.