Ankarada 28 May yürüşü olacaq

Gənclər Klubu" İctimai Birliyi hər il olduğu kimi bu il də Ankarada "28 May Cümhuriyyət Yürüşü" adlı fərqli və orijinal layihəsini təqdim edir. 
 
Belə ki, təşkilat Ankarada Republika günü münasibəti ilə Bayram yürüşü təşkil edəcək. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə təşkil ediləcək görüşə mayın 26-da Bakıdan Ankaraya böyük nümayəndə heyəti yola düşəcək və mayın 31-də Bakıya geri dönəcək.
 
Bu heyətin tərkibinə fəal gənclər, ziyallılar və mətbuat nümayəndələri daxil olacaq. Türkiyədən isə azərbaycanlı tələbələr və ziyalılar qoşulacaq. Ankarada isə heyətə müxtəlif universitetlərdə təhsil alan tələbələr və ziyallılar qoşulacaq.
 
Mayın 28-də Ankaranın mərkəzindən müstəqil Azərbaycanın banisi, böyük öndər Məhəmməd Əmin Rəsulzadənin "Əsri" qəbirstanlığındakı məzarına yürüş olacaq. Böyük öndərin xatirəsi yad olunduqdan sonra Azərbaycanın keçdiyi yol və AXC-nin fəaliyyəti mövzusunda çıxışlar olacaq.
 
Bayram Yürüşünə qatılmaq üçün müvafiq şərtlər:
 
1. Hər kəs qoşula bilər
 
2. Hər kəs yol və qalma xərclərini özü ödəməlidir
 
Bakıdan Ankaraya bir neçə avtobusla gediləcək. Nəzərə alsaq ki, bu prosesə xeyli gənc dəstək olacaq və bu da bizə yolda yaxşı əylənmək üçün əla şansdır
 
Ümumilikdə isə Ankaraya gediş-gəliş + qalmaq + 28 May Bayram şam yeməyi üçün cəmi 160 dollar tələb olunur. Özünüzlə əlavə xərclər üçün pul götürə bilərsiniz.
 
Tədbirdə iştirak etmək üçün müraciətlərin son tarixi: 20 May 2015
 
Əlavə məlumat üçün:
055 848 14 34 
050 684 80 84