İş adamı, “PNN Group” şirkətinin təsisçilərindən biri, “KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyevin həbs xəbəri təsdiqləndi. O, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir. Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə Piriyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dünən bir sıra saytlar iş adamının həbsi barədə məlumat yaysa da, sonradan xəbər həmin saytlardan yığışdırıldı.


