İsveçdə faşist partiyası özünü qapatdı

İsveçdə müsəlman mühacirlərə qarşı çıxışları ilə seçilən İsveçlilər Partiyası ləğv edilib. Partiyanın bağlanmasına səbəb ümid etdikləri səsi qazana bilməmələri olub. Partiya 2008-ci ildə mühacirləri ölkədən çıxarmaq və sərhədi mühacirlərə bağlamaq məqsədi ilə yaradılmışdı.
 
Partiya sədri Stefan Cakobson partiyanın saytında açıqlama verərək bildirib ki, böyük sərmayə qoymaqlarına baxmayaraq keçək ilin sentyabrında istədikləri səsi toplaya bilməyiblər. Partiya sədri bu səbəbdən də partiyanı bağlamaq qərarına gəldiklərini bildirib.
 
Qeyd edək ki, sözügedən seçkilərdə partiya 7 milyon etibarlı səsin cəmi 10 minini qazanmışdı. (Medianews.az)