Rusiyada həbsxanada qiyam: 20 nəfər yaralanıb

Rusiyada həbsxanada qiyam baş verib. Hadisə Başqırdıstanda qeydə alınıb.
İğtişaşlar nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan altı nəfər xəstəxanaya yerləşdirilib.
Qiyam 100-dək məhbusun mövcud rejimin yüngülləşdirilməsi və həbsxana dükanındakı məhsulların qiymətinin azaldılması tələbindən sonra baş verib. Etiraz əlaməti olaraq onlar digər məhbuslara xəsarətlər yetiriblər.
Hazırda faktla bağlı araşdırma aparılıb. (APA)