NATO XİN rəhbərlərini Antalyaya toplayır

NATO ölkələrinin xarici işlər nazirləri mayın 13-14-də Türkiyənin Antalya şəhərində bir araya gələcək. ABŞ dövlət katibi Con Kerrinin mayın 12-də Soçidə Rusiya rəsmiləri ilə görüşdən sonra Antaliyaya uçacağı bildirilir.
 
NATO baş katibi Yens Stoltenberqin sözlərinə görə, toplantının keçirildiyi günlər ərzində NATO-Ukrayna komissiyasının da iclası olacaq. XİN rəhbərlərinin də iştirak edəcəyi iclasda əsas müzakirə mövzusu Ukrayna olacaq: «Ukrayna bizim vacib tərəfdaşımızdır. Komissiyanın iclasında əsasən Ukraynada təhlükəsizlik məsələləri, yaxın perspektivdə siyasi dialoqun təşkili, həmçinin Ukrayna ilə Alyans arasında əməkdaşlığın inkişafı müzakirə olunacaq. NATO Ukraynanın ərazi bütövlüyünü sona qədər dəstəkləyəcək. Biz həmçinin Ukrayna Silahlı Qüvvələrinə də hərtərəfli dəstək verməyi düşünürük».
 
NATO baş katibi iclasın yekunu olaraq Ukrayna ilə bağlı birgə bəyanatın qəbul ediləcəyini də bildirib.
 
Gültəkin