Keçmiş Müsavat üzvü partiya rəhbərliyini məhkəməyə verəcəyini deyir

Müsavat partiyası Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli partiya rəhbərliyini məhkəməyə verəcək.
 
O APA-ya açıqlamasında bunun partiyadan çıxarılması ilə bağlı partiya rəhbərliyinin mayın 11-də qəbul etdiyi qərarla bağlı olduğunu deyib.
 
Rövşən Dəmirli partiyanın rayon təşkilatının buraxılmasının da səhv addım və qaydalara zidd olduğunu deyir.
 
Müsavat Partiyasının Divanı matın 11-də Ucar və Suraxanı rayon təşkilatlarının buraxılması barədə qərar qəbul edib.
 
Partiyanın qarşısında keçirilən piketin təşkilatçıları isə partiyadan çıxarılıblar.