Kastro: «Dua etməyə başlayıb kilsəyə qayıdacam»

Kuba prezidenti Vatikanda Roma Papasını ziyarət etdi
 

Kuba prezidenti Raul Kastro Vatikanda Roma Papası Fransiski ziyarət edib. Daha sonra İtaliya baş naziri Matteo Renzi ilə görüşən Kastro mətbuat konfransı keçirərək Papa ilə görüşü barədə məlumat verib. Papayla eyni təriqətə mənsub olduğunu deyən Kuba lideri onun bütün çıxışlarını oxuduğunu bildirib: «Elmi və təvazökarlığı məni heyran edir. Belə getsə, yenidən dua etməyə başlayacam və Katolik kilsəsinə qayıdacam. Dindarları bu günə qədər qəbul etməyən Kommunist Partiyasından olsam belə. Zarafat etmirəm».
 
Vaşinqtonla Kuba arasında diplomatik yaxınlaşmaya verdiyi dəstəyə görə Papaya təşəkkürünü bildirən Kastro xatırladıb ki, ABŞ öləksi ilə bağlı sanksiyaları yumşaltmağa qərar verib. Və Papa bu tarixi qərarın qəbul edildiyi görüşlərdə şəxsən iştirak edib.
 
Roma Papasının bu ilin sentyabrında Kubaya, daha sonra da ABŞ-a səfər edəcəyi bildirilir.
 
Gültəkin