
Hollandiya liqasında maraqlı hadisə baş verib. 33-cü turun qarşılaşmasında üz-üzə gələn klublar "Beynəlxalq Analar Günü"nü diqqətdən qaçırmayıblar.
Belə ki, "Ayaks" – "Kambur" matçından əvvəl ev sahibi komandanın oyunçuları meydançaya analarının əlini tutaraq çıxıb.
Futbolçuların bu addımı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.







