
Vaşinqtonun narazılığına səbəb olan əsas məsələlərdən biri Yunanıstan hökumətinin «17 noyabr» terror təşkilatının üzvü Savvas Ksirosu əlil olduğuna görə ev dustaqlığına azad etməsidir. ABŞ Dövlət Departamenti hesab edir ki, səfir bu barədə Vaşinqtonu vaxtında məlumatlandırsaydı, Yunanıstan ABŞ-ın bu qərardan narahat olduğunu bilər və nəticə tam fərqli olardı. Qeyd edək ki, «17 noyabr» təşkilatı 1975-2000-ci illərdə Avropa və ABŞ-da 100-dən artıq terror aktı törədib.
Bəzi müşahidəçilər isə ABŞ-ın səfir Pirsin faəliyyətindən narazılığını enerji məsələləri ilə əlaqələndirir. Belə ki, ABŞ Yunanıstan hökumətindən Rusiya və Türkiyənin birgə layihəsi olan «Türk axını» qaz kəmərinin inşasından imtina etməyi tələb etsə də, qarşı tərəf israrında davam edir. Bu kəmərlə Rusiya qazı Türkiyə və Yunanıstan vasitəsilə Avropaya nəql olunacaq.
D.Pirsin Afinadakı diplomatik fəaliyyəti gələn ilin iyun ayında başa çatmalı idi. Vaşinqton isə səfirin bir neçə həftə sonra Birləşmiş Ştatlara qayıtmasına qərar verib.
Gültəkin