On yeddi ay öncə Amerikada gözünün üzərində ət xal olan körpə dünyaya gəlib. Colby Ramos-Francis adlı körpənin gözünün üstündəki xal aylar keçdikcə daha da böyüyərək onu pis vəziyyətə salıb.
Görməsinə ciddi əngəl yaradan bu xaldan qurtulmaq üçün körpənin valideynləri onu əməliyyat etdiriblər. ABŞ-Little Baby Face Fondunun (LBFF)cərrahları tərəfindən pulsuz əməliyyat olunan körənin gözündəki şiş kəsilərək çıxarılıb. Körpənin anası uşağına görə çox xoşbəxt olduğunu bildirib.