Bakıda yaşayış binasında yanğın

Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb. 
 
Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, yanğın binanın 10-cu mərtəbəsində qeydə alınıb. 

***

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olan xəbərə əsasən, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının dam örtüyü yanır.

 
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda yanğının qarşısı alınıb. FHN tərəfindən əlavə məlumat veriləcək.