
İran prezidenti Həsən Ruhani ölkəsinin nüvə proqramı ilə bağlı dünya güclərilə aparılan müzakirələrdə razılıq əldə olunmasından yazıb. "İranın nüvə proqramı ilə əlaqədar əsas mövzularda razılıq əldə olundu", deyə İran prezidenti şəxsi "Tvitter" hesabında qeyd edib.
Yekun razılaşmanın əldə olunması üçün dərhal gərəkən addımlar atmağa başlayacaqlarını bildirən Ruhani bu prosesin də 30 iyuna qədər tamamlanacağını bəyan edib. Ruhani eyni zamanda, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə və danışıqlarda ölkəsini təmisl edən hər kəsə "gecə-gündüz demədən göstərdikləri səylərə görə" təşəkkür edib.
azadliq.info