
Nemtsov-un keçmiş mətbuat katibi Olga Şorina onun şərəfinə böyük konsert keçirmək təşəbbüsü ilə çıxış etmişdi. Konsert aprelin 7-nə, Nemtsov-un ölümünün 40-cı gününə planlaşdırırdı.
Nemtsov fevralın 27-də Kreml yaxınlığında öldürülüb.
Rusiyanın tanınmış radio jurnalisti Mixayil Kozırev konsertin təşkilinə razılıq vemişdi. O, aprelin 2-də facebook səhifəsində yazıb ki, bəzi rok musiqiçiləri iştiraka razılaşıblar. Ancaq konsert zalları imtina edib.
Əvəzində dostları və həmkarları televiziyada onunla bağlı xatirələrini bölüşmək qərarına gəliblər.
Vaxtilə baş nazirin müavini olmuş Nemtsov Prezident Vladimir Putinin kəskin tənqidçisi idi, Kremlin Ukraynaya müdaxiləsinə qarşı çıxırdı.