
Çərşənbə axşamı günü Garissa Universitetinə basqın edənlər iki keşikçini qətlə yetirdikdən sonra tələbələri gülləbaran ediblər.
Silahlıların 4-ü mühasirəyə alınarkən özlərini partladaraq öldürüblər.
Bu əş-Şəbab qruplaşmasının indiyədək həyata keçirdiyi ən qanlı hücumdur.
Şahidlərdən birinə əsasən silahlılar xristianları ayıraraq qətlə yetiriblər.
Cümə axşamı əl-Qaidənın tərkibinə daxil olan qrupun sözçüsü deyib ki, girov götürülmüş tələbələri müsəlman və qeyri-müsəlmanlara ayrırıblar. Bundan sonra 15 müsəlman tələbə azad edilib.
Hücum səhnəsindən qaça bilən 500-dən artıq tələbədən 79-u xəsarət alıb. Silahlılardan birinin yaxalandığı bildirilir.





