Kreditini verə bilməyən gənc mağazanı yardı

Qusarda ərzaq mağazası qarət olunub. Hadisə Heydər Əliyev prospektində yerləşən “Aydan” marketdə qeydə alınıb.
 
Ötən gecə saat 04:20-də polisə qarət barədə məlumat daxil olub. Polisdən sayta bildirilib ki, bir nəfər maskalı şəxs mağazaya girib pul, siqaret və içki məmulatlarını oğurlayıb çıxarkən yaxalanıb. Onu Quba Regional Mühafizə Şöbəsinin Qusar Mühafizə Bölməsinin əməkdaşları tutub.
 
Saxlanılan şəxsin Rəsulbəyov küçəsi 13 ünvanında yaşayan 23 yaşlı Rəşad Səlimxan oğlu Rəhimxanov olduğu məlum olub.
 
Polisə verdiyi ifadədə o, əməlini etiraf edib. Hadisəni içkili olarkən törətdiyini bildirib. Qeyd edib ki, mazanın qapısını mismar çıxaran linglə açıb.
 
Saxlanılan şəxs sayta bildirib ki, banklardan birinə kredit borcu olub. Ödəyə bilmədiyi üçün bu addımı atıb.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (ANS)