Müstəntiqlər Nemtsovun qətlini sifarişli hesab edirlər

İstintaq Boris Nemtsovun qətli ilə bağlı həbs olunmuş beş nəfəri mütəşəkkil qrupun muzdla həyata keçirdiyi qətldə təqsirləndirir, Moskva şəhər məhkəməsinin nümayəndəsi bildirib.
Bu vaxta qədər istintaq sifarişli qətl versiyasını istisna edirdi.
Hesab edilirdi ki, Nemtsovun qətlində ittiham olunanlar siyasətçinin müsəlmanlarla bağlı və Charlie Hebdo karikaturaçılarını müdafiə edən fikirlərinə görə bu cinayəti törətməyə müstəqil şəkildə qərar veriblər.
Boris Nemtsov fevralın 27-də gec saatlarda Moskvanın mərkəzində güllələnib.