ABŞ-ın Meriland Ştatında Milli Təhlükəsizlik Xidmətinin binasına iki nəfərin hüсum etdiyi, polisin atəş açması ilə onlardan birinin öldüyü, digərinin yaralandığı barədə dünən məlumat vermişdik. Bu gün hadisə ilə bağlı bəzi təfərrüatlar bəlli olub. «Associated Press»in məlumatına görə, binaya hüсum edənlər gəldikləri avtomobillə Təhlükəsizlik Xidmətinin qapılarını qırmağa çalışıblar. Bundan sonra atışma başlayıb və polislər hər iki şəxsi zərərsizləşdiriblər. Silaha ilk olaraq tərəflərdən hansının əl atdığı hələlik məlum deyil.
«NBC News» isə xəbər verir ki, basqınçılar hadisə yerinə «Ford Escape» markalı oğurluq maşınla gəliblər və qadın paltarında olublar. Axtarış zamanı maşından silah və narkotik aşkarlanıb: «İnsident terror kimi qiymətləndirilir və hazırda ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən araşdırılır».
Gültəkin