Rejissordan İlham Əliyevə növbəti məktub

Xahiş edirəm məni Alişanova tapşırın
 

Cənab Prezident! Birinci məktubdan 22, ikinci məktubdan 10 gün kecməsinə baxmayaraq hələ də cavab yoxdur.Ona görə də üçünçü məktubu yazmalı oldum. Cənab Prezident! Mən 2010-cu ilə qədər AZTV QSC-də televiziya və kinorejissor kimi fəaliyyət göstərmişəm.2010-cu ildə istiqlal şairimiz,himnimizin sözlərinin müəllifi Əhməd Cavad haqqında film çəkərkən,telefilm yaradıcılıq birliyinin direktoru Siyavuş Məmmədovla sözümüz düz gəlmədi və mən işdən getməli oldum.Hadisənin təfsilatını AZTV QSC-nin sədri Arif Alışanov bilir. 20 il AZTV-də işləməyimə baxmayaraq cənab Alışanovun qəbuluna düşə bilməsəm də məktub və teleqramla ona bildirmişəm.Təssüflər olsun ki,5 il keçməsinə baxmayaraq nəticə yoxdur. 5 ildir mən uşaqlarımı həyətyanı torpağımı və evimdə olan pula gedən əşyaları satmaqla dolandırıram.Artıq evdə satılası bir şey qalmayıb.Ona görə də sizə açıq məktub yazmaq məcburiyyətindəyəm. Cənab Prezident! Bu günlərdə AZTV-də mənimlə birgə çalışmış həmkarlarımdan birinə rast gəldim. Həmkarım deyir ki, telefilmin direktoru Siyavuş Məmmədov deyir mənim adımı özünün "çornu spisok"una salıb. Deyib ki, mən artıq AZTV-də işləyə bilmərəm. Mənim indiki vəziyyətim gülməli olmasa da,düzünü deyim ki, özümü gülməkdən saxlaya bilmədim. AZTV-də işlədiyim müddətdə onlarla verlişdən əlavə 35 film çəkmişəm.O,filmlər xalqımızın və dövlətimizin keşməkeşli, şərəfli qəhrəmanliq yolunu tərənnum edir. O filmlər bu gündə AZTV-də və Mədəniyyət kanalında nümayiş olunur. Amma filmlərin sonluq titirləri efirə verilmir, o da yəqin Siyavuş Məmmədovun "çornı spisok"una görədir.Onun məni hansı spisoka saldığını bilmirəm, onu bilirəm ki, Siyavuş Məmmədov Azərbaycan Dövlətinin qanunlarının "çornı spisok"undadır. Onun 70 yaşı var. 50 ildir AZTV-də çalışır. Amma qoy bu Siyavuş Məmmədovu kədərləndirməsin.Ona görə ki,oğlunu böyüdüb, oxudub, evləndirib, AZTV-də yaxşı işədə düzəldib . Mənim uşaqlarım isə balacadır. 9 və 10 yaşındadılar.Onlarda Siyavuş müəllimin oğlu kimi böyümək, oxumaq, işləmək və cəmiyyətə yararlı insan olmaq istəyirlər.Mənim isə bu yaşda sənətimi dəyişməyim absurd olardı. Ona görə də cənab Prezident! Xahiş edirəm məni AZTV QSC-nin sədri Arif Alışanova tapşırasınız Hörmətlə:Şahəddin Eyvazov.AZTV-nin rejissoru.