Jirinovski “KQB” agenti olduğunu etiraf edib

Rusiya Dumasının sədr müavini, Azərbaycan hakimiyyətinin dostu Vladimir Jirinovski KQB nin agenti imiş. Bu barədə Sovetlər dövründə DTK-nın (KQB) Xarici Kəşfiyyat İdarəsində əkskəşfiyyatın rəhbəri olmuş general-mayor Oleq Kaluqin “Azadlıq” radiosuun rus redaksiyasına müsahibəsində deyib.

Kaluqin vaxtilə Jirinovskini KQB-nin agenti adlandırdığı barədə suala cavabında bunu təsdiqləyib. O, deyib ki, bu açıqlamasına görə Jirinovski ona təşəkkür də edib.

“Bir qəbulda o, (Jirinovski – red.) yumruğunu sıxaraq mənə yaxınlaşdı. Düşündüm ki, məni vuracaq. Ancaq o, mənə "Sağ olun ki, bunu demisiniz. Mən bununla qürur duyuram. Çox şadam ki, indi bu, ictimaiyyətə məlum oldu" dedi.
O, KQB nin əməkdaşi deyildi, agenti idi. Əməkdaş rəsmi şəxsdir, agent isə KQB-nin tapışırıqlarını yerinə yetirir – harada işləməsindən asılı olmayaraq. Onun partiya fəaliyyətinə KQB nəzarət edirdi”, – deyə Kaluqin bildirib.