Ukrayna Türkmənistandan təbii qaz alacaq

Türkmənistan xarici işlər naziri və Nazirlər Kabineti sədrinin müavini Rəşid Meredov ilə Kiyevdə görüşən Ukrayna prezidenti Petro Poroşenko, Türkmənistandan əlavə təbii qaz almaq istədiklərini  Türkmənistan rəsmilərinin diqqətinə çatdırıb. Türkmən nazir isə öz növbəsində, Ukrayna ilə əlaqələrin yüksək səviyyədə olduğunu və bundan sonra da kommersiya və iqtisadi əlaqələri inkişaf etdirmək istədiklərini bildirib. Türkmən nazir eyni zamanda, Ukrayna prezidentinə Türkmənistan prezidentinin dəvət məktubunu çatdırıb. Poroşenko da, Türkmən həmkarı Qurbanqulu Berdimuhemmedovu Ukraynaya dəvət edib. Ukrayna, yanvar-fevral aylarında 4,1 milyard kubmetr təbii qaz idxal edib ki, bunun da 2,3 milyardı Avropa Birliyi ölkələrinin,  1,8 milyardı isə Rusiyanın payına düşür. Xatırladaq ki, hazırda Ukrayna təbii qaz ehtiyaclarını Avropa Birliyi ölkələri Macarıstan, Slovakiya və Polşadan qarşılayır.
 
azadliq.info