Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvətlərinin Qətərdə yerləşdirilməsinə imkan verən qanun layihəsini təsdiq edib. Yeni qanun layihələrinə əsasən Türkiyə Qətərin hərbi təhsil fəaliyyətində rol oynayacaq. Türk zabitləri Qətərdə Suriyalı müxalif qüvvələri də öyrədəcək.
Türkiyə prezidentinin təsdiq etdiyi qanun layihəsi Nazirlər Kabinetinə göndərilib.