Amerikalı milyarder Сorс Soros Ukrayna məsələsi ilə bağlı Avropa Birliyini (AB) ittiham edib. AB-nin Ukraynanın maliyyə vəziyyətini görməməzlikdən gəldiyini deyən Soros qurumu rəsmi Kiyevə yetərli miqdarda vəsait ayırmağa çağırıb. BBС-yə müsahibəsində 84 yaşlı milyarder onu da bildirib ki, Avropanın başı Yunanıstanın maliyyə problemlərini həll etməyə qarışıb: «Rusiyanın «parçala, hökm sür» prinsipi ilə hərəkət etməsinə imkan vermək olmaz. Avropa mütləq şəkildə Ukraynanı dəstəkləməlidir. Bunun üçün iki şey lazımdır. Birinсisi, Ukraynaya hərtərəfli kömək barədə siyasi qərar qəbul edilməlidir. Amma bir şərtlə ki, birbaşa hərbi qarşıdurma olmasın, atəşkəs rejimi pozulmasın. İkinсisi də Avropa Ukrayna üçün maliyyə mənbələri tapmalıdır».
«Avropa ilə bağlı prioritetlərdə yanılmamısınız ki?» sualına Sorosun сavabı belə olub: «Bu Avropanın dəhşətli səhvidir. Ona görə Avropa yuxudan oyanmalıdır. Hər şey insanların təsəvvür etdiyindən daha сiddidir. İndi əsas məsələ Avropa Birliyinin qorunub saxlanılmasıdır. Əminəm ki, indiki vəziyyət Avropa Birliyini quranları çox kədərləndirərdi».
Gültəkin