
“Moskva” univermağının rəhbərliyindən qızıl tacirlərinin bu gün keçirilən aksiyasına reaksiya gəlib.
Univermağın baş mühəndisi Vahid Əmirov virtualaz.org saytına açıqlamasında sözügedən ticarət obyekti barədə yayılan xəbərlərin həqiqətəuyğun olmadığını deyib: “Univermağın “GoldCentre” kimi tanınan hissəsinin işçiləri ilə şöbə müdiri Tariyel Quliyev arasında narazılıq olub. Orada 30-32 nəfərəyaxınişçivar. Narazıişçilər “McDonalds”ın qabağına yığışıblar, kimsədə telefona çəkib. Bu da təxribatdan başqa birşey deyil. Çünki bu narazılığı nunivermağın digər şöbələrinə heç bir aidiyyəti olmayıb. İşçilər həmişə ki kimi işbaşındadırlar”.
***
Azərbaycanda dolların məzənnəsinin qalxması bütün ticarət obyektlərinin işində problem yaradıb. Alqı-satqıda əziyyət çəkən ticarətçilərdən bir qismi də Azərbaycanın ən böyük qızıl satışı ilə məşğul olan “Moskva” Univermağında fəaliyyət göstərirlər.
Məlumata görə, dolların məzənnəsinin qalxması ilə əlaqədar demək olar ki, univermaqda yerləşən bütün ticarət obyektlərində satış dayanıb. Satışları dayanan ticarətçilər bu gün etiraz məqsədi ilə dükanlarını açmayıblar. Univermağın "Gold Centre" kimi tanınan hissəsinin işçiləri bildirirlər ki, dolların məzənnəsinin qalxmasından sonra satışlarının azalmasını nəzərə alaraq rəhbərliyin icarə pulunu bir qədər azaldacağını gözləyirmişlər, amma əksinə, hər ay vergi adı ilə 100 AZN də əlavə pul yığılır. Məhz buna görə də satıcılar etiraz məqsədi ilə univermağın qarşısına toplaşıblar. Onlar univermaq rəhbərliyindən icarə pulunun azaldılmasını və 100 manatların yığılmamasını istəyirlər. Onların bu tələbi qarşısında hərəkətə keçən rəhbərlik, yerpulunun qalması şərti ilə 100 manatların yığılmayacağını deyib (faktxeber.com).