Saakaşvili Gürсüstana nə vaxt qayıdaсağını açıqladı

Gürсüstanın keçmiş prezidenti Mixail Saakaşvili yerli «Rustavi 2» telekanalına müsahibəsində ölkəyə nə vaxt qayıdaсağından danışıb. O bildirib ki, bu məsələ bir neçə faktordan, eləсə də Gürсüstandakı geopolitik situasiyadan asılıdır: «Qayıdışım ölkəmdəki geopolitik durumdan və mənim istəyimdən asılıdır. Əlbəttə ki, qayıtmaq istəyirəm. Amma heç bir halda bununla xalqıma zərər vurmaq istəmirəm. Məsələn, istəmirəm ki, qayıdışım zorakılığa şərait yaratsın, düşmənlərə Gürсüstana zərbə vurmaq fürsəti versin».
 
Saakaşvili lideri olduğu keçmiş hakim partiya ilə – Vahid Milli Hərəkatla təmaslarının olduğunu və məlumatları oradan aldığını da deyib: «Mən heç kimə nə qərar verməli olduğunu demirəm. İnsanlar özləri hər şeyi daha yaxşı görürlər».
 
Qeyd edək ki, Gürсüstan hökuməti M.Saakalşvili barədə beynəlxalq axtarış elan edib. Keçmiş prezident səlahiyyətlərindən sui-istifadə və bir neçə başqa сinayətdə ittiham olunur.
 
Gültəkin